İnsanlara hürriyət, millətlərə istiqlal!

Rumıniya Ukraynaya qoşun göndərməkdən imtina etdi

Rumıniya təhlükəsizlik zəmanəti çərçivəsində Ukraynaya qoşun göndərməyəcək.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, bunu ölkənin baş naziri İlie Bolojan "Antena 1" telekanalının efirində deyib.

Rumıniyanın baş naziri bəyan edib ki, ölkə müzakirə olunan təhlükəsizlik tədbirləri çərçivəsində Ukraynaya qoşun yeritmək niyyətində deyil.

"Bütün bu aylar ərzində, bildiyiniz kimi, Ukraynada davamlı sülhə nail olmaq üçün təhlükəsizlik təminatlarının verilməsi məsələsi qaldırılanda Rumıniya mümkün qədər aydın şəkildə bəyan etdi: biz qoşun göndərməyəcəyik, Ukrayna ərazisində Rumıniya qoşunlarının mümkün olması ilə bağlı heç bir öhdəlik götürməyəcəyik", - Bolojan deyib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2025

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR