Onlayn ictimai-siyasi qəzet
İsrail Hərbi Hava Qüvvələri avqustun 22-də Yəməndən buraxılan raketin niyə zərərsizləşdirilmədiyini araşdırır.
Musavat.com xəbər verir ki, İsrail mediasının məlumatına görə, raketin qəlpəsi Lod yaxınlığındakı Ginatonda bir evin həyətinə düşərək partlayıb.
Məlumatda bildirilir ki, raketin kaset tipli döyüş sursatı daşıması ehtimalı nəzərdən keçirilir. Bu, İranın 12 günlük müharibə zamanı istifadə etdiyi analoji silahlarla müqayisə olunur. Ekspertlərin fikrincə, həmin raket geniş ərazidə çoxsaylı kiçik partlayıcıların səpələnməsinə imkan verir.
Husilərin hərbi nümayəndəsi Yəhya Sariya “Ben Qurion hava limanına qarşı “Fələstin-2” tipli hipersəs ballistik raketi buraxdıqlarını” bəyan edib.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ