Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiya liderlərinin görüşündə iştirak etmək istəmədiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ lideri jurnalistlərlə söhbəti zamanı bildirib.
“Görək, Putin və Zelenski birgə işləyə biləcəklərmi. Bilirsiniz, onlar bir qədər yağ və sirkəyə bənzəyirlər. Aralarında münasibətlər yaxşı deyil, açıq səbəblərə görə, amma görəcəyik”, – Tramp deyib.
Daha sonra Tramp qeyd edib ki, bundan sonra onun görüşdə iştirak edib-etməyəcəyi məlum olacaq:
“Mən getməməyi üstün tuturam. Daha yaxşı olar ki, onlar görüşü keçirsin və məsələnin həllini özləri tapsınlar. Amma bu vaxt ərzində müharibə davam edir, insanlar ölür ki, bu, çox ağılsız bir hərəkətdir, çünki onlar indi həftədə 7 min insan itirirlər”.
“Mən yeddi müharibəni dayandırmışam. Bunu etmək istərdim. Düşünürdüm ki, bu müharibə orta səviyyədə çətin olacaq. Amma ən mürəkkəb münaqişə çıxdı”, - o deyib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov "NBC News" kanalına verdiyi açıqlamada Putin və Zelenski arasında görüşün planlaşdırılmadığını, Rusiya liderinin isə görüş üçün uyğun şərait yarananda hazır olacağını bildirib.
Musavat.com
24 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ