İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubionun rəhbərliyi altında ABŞ-Avropa-Ukrayna komissiyası yaradıldı

Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı təklif hazırlamaq üçün ABŞ-Avropa-Ukrayna birgə komissiyası yaradılıb.

Musavat.com xəbər verir ki, məlumatı Axios mənbələrə istinadən yayıb.

Bildirilir ki, Komissiyaya ABŞ Dövlət katibi rəhbərlik edir və müzakirələrdə Ukrayna və Avropa ölkələrinin milli təhlükəsizlik müşavirləri də iştirak edir.

Anonim Ukrayna rəsmisi Axios-a bildirib ki, çox qızğın müzakirələr başlayıb:

"Yaxın günlərdə hamı səhərdən axşama kimi təhlükəsizlik zəmanətləri üzərində işləyəcək. Ola bilsin ki, həftənin sonuna qədər aydın bir arxitektura görünəcək".

Avqustun 19-da ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində ABŞ qoşunlarını ölkəyə göndərmədən Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olduğunu bildirib.

O qeyd edib ki, söhbət hava ilə bağlıdır.

Avropa İttifaqı isə ən yaxşı təhlükəsizlik təminatı kimi Ukrayna ordusunun təlimləndirilməsi və silahlandırılması, ölkənin hərb sənayesinin inkişafına investisiya edilməsini görür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR