Onlayn ictimai-siyasi qəzet
Bakı Apelyasiya Məhkəməsində müğənni Rəqsanə İsmayılovanın işi ilə bağlı məhkəmə prosesi keçirilir.
Musavat.com xəbər verir ki, proses qapalı baş tutur.
Qeyd edək ki, Rəqsanə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu növ cinayətdə ən əsası zərərçəkmişə dəymiş ziyanın ödənilməsi yüngülləşdirici hal hesab edilir. Əks halda şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Bu gün isə müğənninin əri Fazil Əmiraslanovun ifadəsi alınıb.
Polisə çağırılan Fazil Əmiraslanov istintaqın suallarını cavablandırıb.
Musavat.com
22 Avqust 2025
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ