Onlayn ictimai-siyasi qəzet
“Hətta hökumət dairələrində də Vaşinqton protokollarından razı qalmayanlar var və anlayırlar ki, bu sənədlər sülh gətirməyəcək”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, belə bir iddia Paşinyana müxalif sayılan, revanşist mövqeli “Hraparak” qəzeti təərfindən gəlib.
“Paşinyan deputatlara və təbliğat maşınına bu fikri yaymağı tapşırsa da, “Vətəndaş sazişi”ndə hələ də yalanı həqiqətdən ayırmağı bacaran şəxslər mövcuddur. Çoxları başa düşür ki, bu, Paşinyana Qərb və Azərbaycan tərəfindən verilmiş seçkiqabağı “kozırdır” və yenidən seçildikdən sonra “Zəngəzur dəhlizi” də daxil olmaqla bütün güzəştləri həyata keçirməsi nəzərdə tutulur”,-deyə yazıda qeyd olunub.
Musavat.com
22 Avqust 2025
21 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ