İnsanlara hürriyət, millətlərə istiqlal!

Agentlik sədri: "İbtidai sinif müəllimliyi üzrə peşə imtahanında iştirak edənlərin 90%-i kəsildi"

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların son peşə imtahanının nəticələrinə görə müvəffəqiyyət göstəricisi cəmi 10 faiz təşkil edir.

Musavat.com xəbər verir ki, bu fikirləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov brifində bildirib.

Onun sözlərinə görə, TKTA sifarişi əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyun 2025-ci il tarixində təşkil olunan peşə imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 90%-i uğursuz nəticə əldə edib. Belə ki, sözügedən imtahanda həmin ixtisas üzrə 10 nəfərdən 9 nəfəri uğursuz nəticə göstərib, yalnız 1 iştirakçı uğurlu nəticə əldə edib".

Sədr qeyd edək ki, uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası, Türkiyə Respublikası və Gürcüstanın ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür:

"Bu istiqamətdə TKTA tərəfindən aparılan təhlil göstərir ki, peşə imtahanında uğurlu nəticə əldə etməyən şəxslər əsasən ali təhsil müəssisələrinə hər hansı ciddi dəyərləndirmə olmadan, yalnız tam orta təhsili bitirmə barədə sənəd təqdim etməklə qəbul olunan şəxslərdir.

Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən şəxsləri və onların ailə üzvlərini yuxarıda qeyd olunan nüansları nəzərə almağa çağırırıq".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR