Onlayn ictimai-siyasi qəzet
İntihar etmək istəyən gənci polislər xilas etdi - FOTO
Dünən axşam saatlarında Nizami rayonunda intihara cəhd hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, “Neftçilər dairəsi” ərazisində körpüyə çıxan şəxs intihar edəcəyini bildirib.
Onun bu yola əl atmasının səbəbi hələki bilinmir. Hadisə yerinə gələn polis əməkdaşları danışıqlardan sonra həmin şəxsi fikrindən daşındıra bilib.
İ.Muradov
Musavat.com
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ