Onlayn ictimai-siyasi qəzet
İranın Sib və Soran şəhərləri yaxınlığındakı Xaş-Zahedan magistralında terror aktı baş verib.
Bu barədə "Mehr" agentliyi məlumat verib.
Məlumata görə, silahlı şəxslər polis maşınına atəş açıblar. Nəticədə iki təhlükəsizlik xidməti əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.
Hücuma görə məsuliyyət daşıyanların müəyyən edilərək mühakimə olunması istiqamətində əməliyyatlar davam edir. Ətraflı təfərrüatın tezliklə açıqlanacağı bildirilir.
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ