Onlayn ictimai-siyasi qəzet
Niderlandın hər on sakinindən yeddisi krallığın hakimiyyət orqanlarına tam və ya qismən etibar etmir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, NOS teleradio şirkəti adından Ipsos I&O tədqiqat institutunun keçirdiyi sorğunun məlumatlarından irəli gəlir.
Araşdırmanın nəticələrinə görə, respondentlərin yalnız 29%-i hökumətə və parlamentə etimad göstərib. Qeyd edək ki, təxminən bir il əvvəl baş nazir Dik Şofun rəhbərlik etdiyi hökumət hakimiyyətə gəldikdən az sonra bu rəqəm 44%-ə çatıb.
Respondentlər apardıqları siyasətdən narazılıqlarının əsas səbəbi kimi hakimiyyətin ölkə qarşısında duran problemləri tez və effektiv həll edə bilməməsini göstərirlər. Onların 76%-i hakimiyyətin “heç bir real həll yolu” təklif etmədiyinə inanır, 74%-i isə qeyd edir ki, krallıq rəhbərliyi vaxtının çox hissəsini “daxili çəkişmələrlə” keçirir. Demək olar ki, eyni sayda respondent (68%) hökumətin müxtəlif fraksiyalarının bir-biri ilə əməkdaşlıq edə bilməyəcəyinə inanır.
Sakinlər hakimiyyətin miqrasiya və mənzil böhranının öhdəsindən gələ bilməməsindən xüsusilə qıcıqlanır (müvafiq olaraq 68% və 64%). Respondentlərin xeyli hissəsi səhiyyədə (53%), təhlükəsizlik sektorunda (44%) və yaşayış xərclərinin artması ilə mübarizədə (40%) islahatların uğursuz cəhdlərinə diqqət çəkib.
Bunun fonunda gələcəklə bağlı qiymətləndirmələrdə də bədbinlik artır: Niderland sakinlərinin yalnız 7%-i gələn ildə iqtisadi artım gözləyir, 44%-i isə vəziyyətin daha da pisləşəcəyini proqnozlaşdırır.
Musavat.com
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ