Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alıb.
FIFA referisi sentyabrın 18-də Danimarkada "Kopenhagen" və Almaniyanın "Bayer" klubları arasında keçiriləcək ilk tur matçını idarə edəcək.
Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ