İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İrana görə ondan yuxarı fiziki və hüquqi şəxsə sanksiya tətbiq etdi

Amerika Birləşmiş Ştatları İrana neft satışından gəlir əldə etməyə kömək edən ondan çox fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib. Musavat.com ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar İran, Honq-Konq və BƏƏ-də beynəlxalq embarqodan yayınaraq fəaliyyət  göstərirlər.

Bildirilir ki, OFAC İranda iki maliyyə vasitəçisini, Honq-Konq və BƏƏ-də yerləşən ondan çox fiziki və qurumu Qüds Qüvvələrinə və İran Müdafiə və Silahlı Qüvvələrin Logistika Nazirliyinə (MODAFL) fayda verən vəsaitlərin, xüsusən də İran neftinin satışından əldə olunan vəsaitlərin transferinin koordinasiyasındakı rollarına görə sanksiya siyahısına salıb.

ABŞ Xəzinədarlığı qeyd edib ki, bu cür “kölgə bankçılıq” şəbəkələri beynəlxalq maliyyə sistemindən sui-istifadə edir, xarici “şirma” şirkətləri və kriptovalyuta vasitəsilə çirkli pulların yuyulması yolu ilə İrana sanksiyalardan yayınmağa kömək edir. İran rejimi də öz növbəsində bu gəliri terrorçu proksi qruplara dəstək vermək və qabaqcıl silah sistemləri hazırlamaq üçün istifadə edir. Bu, həmçinin İrana ABŞ ordusunun və müttəfiqlərinin təhlükəsizliyini təhdid edən ballistik raketlər və pilotsuz təyyarələr istehsal etməyə imkan verir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR