Onlayn ictimai-siyasi qəzet
Böyüklərin gündə 25 qramdan artıq şokolad yeməsi zərərlidir.
Milli.Az xəbər verir ki, bunu rusiyalı endokrinoloq Marqarita Belousova "gazeta"ya açıqlamasında bildirib.
Onun sözlərinə görə şokolad təkcə dadına görə deyil, beyində "xoşbəxtlik hormonları" sayılan serotonin, dopamin və endorfinlərin ifrazını artırdığı üçün də sevilir. Bu isə əhval-ruhiyyəni yaxşılaşdırır və stressi azaldır.
"Şokoladın həddindən artıq qəbulu artıq çəki, şəkərli diabet və ürək-damar xəstəlikləri riskini yüksəldir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, böyüklər gündə 25 qramdan çox şəkər qəbul etməməlidirlər. Bu baxımdan, şokolad üçün təhlükəsiz norma gündə 25 qram və ya həftədə 180 qram tünd şokolad hesab olunur.
Fayda üçün ən doğru seçim 70 faiz və daha çox kakao tərkibli tünd şokoladdır. Ağ və südlü şokolad isə daha çox şəkər və yağ ehtiva etdiyi üçün sağlamlıq baxımından əlverişli deyil.
Şokolad müəyyən hallarda ürək-damar sisteminə müsbət təsir göstərə bilər, lakin heç vaxt dərmanları əvəz etmir".
Mütəxəssis bildirib ki, kakaoya allergiyası olanlar, podagrası və ya mədə-bağırsaq xəstəlikləri olanlar şokoladdan uzaq durmalıdırlar.
17 Sentyabr 2025
16 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ