İnsanlara hürriyət, millətlərə istiqlal!

TikTok sövdələşməsinin xeyrini Trampın adamları görəcək - DETALLAR

Çinin TikTok sosial şəbəkəsinin ABŞ-da istismarı ilə bağlı sövdələşmə amerikalı istifadəçilərə xidmət göstərəcək 50 milyard dollar dəyərində yeni Amerika şirkətinin yaradılmasını nəzərdə tutur. Musavat.com xəbər verir ki, məlumatı “New York Post” (NYP) yayıb.

Bildirilir ki, yeni şirkətin əsas səhmdarları ABŞ prezidenti Donald Trampın tərəfdarı olan milyarder Ceff Yass və “General Atlantic” investisiya şirkətinə rəhbərlik edən Bill Ford olacaq. TikTok-un sahibi olan Çin şirkəti ByteDance yeni müəssisədə 19,9 faiz paya sahib olacaq.

Sövdələşmədə mühüm rolu Oracle-ın baş direktoru Larri Ellison oynayacaq, o, yeni şirkət üçün bulud xidmətlərinin təmin edilməsinə cavabdeh olacaq. Bununla belə, Oracle-ın yeni müəssisədə pay alması sual altında qalır.

ABŞ-ın maliyyə naziri Skott Bessentin daha əvvəl dediyinə görə, ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpin sentyabrın 19-na planlaşdırılan telefon danışığında TikTok-un ABŞ-da gələcək fəaliyyəti ilə bağlı razılaşmanın yekun şərtlərini təsdiq edəcəklər.

ABŞ-ın keçmiş lideri Co Baydenin administrasiyası TikTok-un bu il yanvarın 19-dək ölkədə satılmasını və ya bağlanmasını tələb edən qanunu təsdiqləyib. Yanvarın 20-də andiçmə mərasimindən sonra Tramp ABŞ-da platformanın bloklanmasını təxirə salan sərəncam imzalayıb. Daha sonra o, təxirə salınma müddətini uzadıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR