İnsanlara hürriyət, millətlərə istiqlal!

Əgər Bayramov və Əsədov Minskə getməzsə...

Sentyabrın 16-da Minskdə Birliyə üzv Dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələri Şurasının növbəti iclası keçirilib.

Musavat.com Belarus mediasına istinadən xəbər verir ki, iclasda daimi nümayəndələr MDB Hökumət Başçıları Şurasının sentyabrın 29-da Belarus paytaxtında keçiriləcək növbəti iclasına hazırlıq işlərini nəzərdən keçiriblər.

Daimi səlahiyyətli nümayəndələr, həmçinin MDB Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının növbəti iclaslarına hazırlıq işlərini də nəzərdən keçiriblər. MDB liderlərinin görüşünün oktyabrın ilk ongünlüyündə Düşənbədə keçirilməsi planlaşdırılır. MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının gündəliyinin layihəsinə 9 məsələ (8 sənəd layihəsi), MDB Dövlət Başçıları Şurasının iclasının gündəliyinin layihəsinə isə 17 məsələ (17 sənəd layihəsi) daxildir. Düşənbə sammitində MDB çərçivəsində qarşılıqlı fəaliyyətə dair fikir mübadiləsinin aparılacağı gözlənilir.
Dövlət başçıları həmçinin hərbi əməkdaşlıq, regional enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyət, terrorizm və ekstremizmlə mübarizə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Qeyd edək ki, Azərbaycan iyulu ayından MDB çərçivəsində keçirilən tədbirlərə qatılmır. 

xbc39mrd0441mkl091zceatupw4ylbf5.jpeg (99 KB)

Sentyabrın 11-də MDB İcraiyyə Komitəsinin təşkilatçılığı ilə üzv dövlətlərin yanacaq-energetika kompleksinin inkişafı üzrə toplantısına Azərbaycan nümayəndə göndərməyib. Maraqlıdır ki, bəzi ölkələr online formatda tədbirdə iştirak etsə də, Azərbaycan buna da ehtiyac görməyib. Azərbaycan nümayəndəsinin niyə iştirak etmədiyi haqda heç bir izahat verilməyib.

MDB-nin baş katibi Sergey Lebedev bir müddət əvvəl verdiyi açıqlamada Azərbaycandan nümayəndə heyətinin addımını “müvəqqəti hal” kimi izah etmişdi. Onun sözlərinə görə, Bakıdan birliklə bağlı heç bir mənfi bəyanat olmayıb. “Ümid edirəm ki, vəziyyət normallaşacaq və Azərbaycan inteqrasiya əməkdaşlığının fəal iştirakçısı olaraq qalacaq”. 

Rəsmi Bakı isə nümayəndə heyətinin MDB-nin iclaslarında iştirak etməməsini Rusiya ilə bağlı baş verən hadisələrlə əlaqələndimir. 

7m3motd4aroeviplfuodc93iohjk321d.jpeg (215 KB)

Sentyabrın 16-da keçirilən tədbirə gəlincə, Azərbaycanın təmsil olunub-olunmaması barədə rəsmi bilgilərdə heç bir məlumat yoxdur. Ayın sonunda xarici işlər nazirinin və baş nazir Əli Əsədovun Minskə gedib-geməməyəcəyi hələ ki bəlli deyil. Onlar da tədbirdə iştirak etməzlərsə, bu, MDB-nin mərkəzi dövləti Rusiya üçün ciddi siqnal ola bilər.

MDB-nin baş katibinin birinci müavini İqor Petrişenko isə Ermənistanın baş nazirinin Minskə gəlib-gəlməyəcəyi haqda suala cavab verib. O deyib ki, Ermənistan iclasında iştirak formatını müəyyən edəcək: “Ermənistan iştirakını təsdiqləyib. Hazırda bu məsələ üzərində iş gedir. Bu, Ermənistan tərəfinin iştirakını daha səmərəli etmək üçün onların qərar verəcəyi məsələdir”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Sentyabr 2025

16 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR