İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-dən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ - Mümkün qədər tez...

Avropa İttifaqı Ermənistan və Azərbaycanı sülh sazişini mümkün qədər tez imzalamağa və ratifikasiya etməyə çağırır.

Musavat.com xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə rəsmi nümayəndəsi Anita Hipper danışıb.

“Avropa İttifaqı 10 iyul tarixində Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında keçirilmiş görüşü alqışlayır. Aİ iki ölkə arasında münasibətlərin normallaşması prosesini qətiyyətlə dəstəkləyir.

Daha əvvəl də qeyd etdiyimiz kimi, 2025-ci ilin martında sülh sazişi layihəsi və dövlətlərarası münasibətlərin qurulması üzrə danışıqların yekunlaşmasını alqışlamışdıq. Bu, bölgədə davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımdır”, - deyə Hipper bildirib.

Aİ rəsmisi vurğulayıb ki, tərəflər sülh sazişi layihəsini mümkün qədər tez imzalamalı və ratifikasiya etməlidirlər. Onun sözlərinə görə, Avropa İttifaqı, əgər tərəflər istəsə, əlavə dəstək və ekspert yardımı göstərməyə hazırdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

13 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR