 
                Onlayn ictimai-siyasi qəzet
 
         
                                                            Musavat.com-un məlumatına görə Kembric Universitetinin alimləri müəyyən ediblər ki, insan gözünün detalları qavrama qabiliyyəti fiziki həddə malikdir — müəyyən bir səviyyədən sonra piksel sayının artırılması artıq fərq yaratmır.
Tədqiqatçılar bildirirlər ki, 4K və 8K arasındakı fərq yalnız ekrana çox yaxın məsafədə baxarkən və ya görmə qabiliyyəti qeyri-adi dərəcədə iti olan insanlarda hiss olunur.
Hətta ideal şəraitdə belə insan gözü maksimum 94 pikselə qədər detalları seçə bilir, rəngli təsvirlərdə isə bu göstərici daha aşağıdır.
“Beynimiz boz çalarları rənglərdən daha dəqiq ayırd edə bilir, xüsusən də yan (periferik) görmə zamanı”, — deyə professor Rafael Mantuk qeyd edib.
Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr ekran istehsalçıları üçün bələdçi rolunu oynayacaq: piksel sıxlığı artdıqca ekranların qiyməti və tələb olunan hesablama gücü də yüksəlir.
Musavat.com
31 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ