İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya kanslerindən suriyalılara: “Evə dönmək zamanıdır!”

Almaniya kansleri Fridrix Merts bəyan edib ki, Suriyada vətəndaş müharibəsi artıq başa çatıb və bu ölkədən qaçaraq sığınacaq almış suriyalılar vətənlərinə qayıtmalıdırlar.

Musavat.com xəbər verir ki, bu barədə DW portalı məlumat yayıb.

“Artıq Almaniyada sığınacaq verilməsi üçün əsas yoxdur, buna görə də deportasiyaya başlaya bilərik”, - deyə Merts qeyd edib.

Kansler ümid etdiyini bildirib ki, suriyalıların əksəriyyəti könüllü şəkildə ölkələrinə qayıdaraq onun bərpasına töhfə verəcəklər. O əlavə edib ki, Almaniya da Suriyanın bərpasına öz töhfəsini verəcək.

Bununla belə, DPA agentliyi qeyd edir ki, Mertsin bəyanatı Almaniya xarici işlər nazirinin sözləri ilə ziddiyyət təşkil edir. Nazir oktyabrın sonunda Dəməşqə səfəri zamanı bildirmişdi ki, Almaniyada yaşayan suriyalı qaçqınların yaxın gələcəkdə dağıdılmış ölkələrinə qayıtmaları real görünmür.

Fridrix Mertsin sözlərinə görə, Almaniya hökuməti Suriya prezidenti Əhməd əş-Şəraaya səfər dəvəti göndərib. Səfərin məqsədi cinayət törətmiş suriyalıların Almaniyadan deportasiyasının təşkili məsələsini müzakirə etməkdir.

Rəsmi məlumatlara görə, Almaniyada təxminən 951 min suriyalı yaşayır, onlardan 920 nəfərin deportasiyası barədə qərar qəbul edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR