Onlayn ictimai-siyasi qəzet
Almaniyanın Münhen şəhərinin mərkəzində partlayışlar baş verib.
Musavat.com xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Məlumatda bildirilir ki, ən azı iki nəfər həlak olub.
Polis və yanğınsöndürənlər Lerchenauer küçəsini mühasirəyə alıblar. Hadisə yerində bomba zərərsizləşdirmə qrupları da işləyir.
Partlayışı bir şəxs valideynlərinin evində hazırlayıb və həyata keçirib. Hadisə yerində bir nəfərin meyiti aşkarlanıb, digər şəxsin isə itkin düşdüyü bildirilir.
Yerli medianın məlumatına görə, Münhendə keçirilən ənənəvi Oktoberfest pivə festivalı şəhərin şimalında yaşayış binasında partlayıcı maddənin aşkar olunması səbəbindən bu gün bağlı qalacaq.
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ