İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada azərbaycanlı iş adamına qarşı iddia: Tuapse dəniz limanı müsadirə olunur

Rusiyada tanınmış azərbaycanlı biznesmen, diaspora nümayəndəsi Şahlar Novruzova qarşı məhkəmə iddiası qaldırılıb.

Krasnodar diyarının Arbitraj Məhkəməsi Rusiya Baş Prokurorluğunun “Tuapse Dəniz Kommersiya Limanı” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMŞ) 100 faiz payının dövlətin xeyrinə müsadirə olunması barədə iddiasını icraata qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Vesti.ru yayıb.

İddiaya görə, limanın payları Britaniya Virgin adalarında qeydiyyatdan keçmiş “Vonixel Limited BVI” adlı ofşor şirkətə məxsusdur. Cavabdehlər sırasında həmçinin Şahlar Novruzov və “İnşaat Nəqliyyat Tikinti” (İnjtransstroy) şirkətinin keçmiş baş meneceri Oleg Basin də yer alır.

Prokurorluq bildirir ki, ofşor şirkətlə bağlanmış alqı-satqı sövdələşmələri qanunsuzdur və onların etibarsız sayılması tələb olunur.

Baş Prokurorluğun müraciəti əsasında məhkəmə:

Tuapse Dəniz Kommersiya Limanının bütün daşınar və daşınmaz əmlakına,

onun törəmə şirkətlərinə,

bank hesablarındakı vəsaitlərə,

eləcə də Şahlar Novruzov və Oleg Basinə məxsus əmlaka həbs qoyub.

İşə baxış 17 oktyabr 2025-ci il tarixində keçiriləcək.

Məhkəmə prosesində üçüncü tərəf qismində limanın özü ilə yanaşı, Rusiya Dövlət Əmlak İdarəsi və Federal Rəqabət Xidməti də iştirak edəcək.

Qeyd edək ki, Tuapse Dəniz Kommersiya Limanı Qara dəniz sahilində yerləşir və Rusiyanın əsas strateji logistika mərkəzlərindən biri sayılır.

Ekspertlər hesab edir ki, bu proses Rusiyada son dövrlər ofşor şirkətlərin aktivlərinin dövlət nəzarətinə qaytarılması siyasətinin bir hissəsi ola bilər.

Azərbaycanlı iş adamı Şahlar Novruzov sentyabr ayının əvvəlində Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hazırda iş üzrə təhqiqat davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR