İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan Qərbin Paşinyana kömək göstərdiyini iddia edir

Beynəlxalq qurumlar Ermənistanda baş verənlərə münasibətdə öz maraqlarından asılı olaraq seçici yanaşma nümayiş etdirirlər.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əvvəllər ölkədəki vəziyyəti diqqətlə izləyən qurumlar indi susqunluğa üstünlük verirlər, onlarla illərlə əməkdaşlıq etdikləri şəxslərə – məsələn, Armen Aşotyana qarşı təqibləri belə görməzlikdən gəlirlər. Abramyanın fikrincə, bu gün həmin təşkilatlar nə onlarca siyasi məhbusu, nə də din xadimlərinə və ictimai fiqurlara qarşı aparılan təqibləri görürlər.

Deputatın fikrincə, hüquq-müdafiə təşkilatlarının belə davranışı siyasi məqsədlərlə bağlıdır:

“Hazırda Nikol Paşinyanın hakimiyyətdə qalması onların siyasi prioritetlərinə uyğundur. Əks halda, o da tənqid hədəfinə çevrilərdi”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR