Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ən böyük avtomobil konserni – “AvtoVAZ” ciddi kadr axını və istehsal böhranı ilə üzləşib.
Musavat.com xəbər verir ki, şirkət altı ay müddətinə 4 günlük iş həftəsinə keçdiyini açıqlayıb. Rəhbərlik bunu “iş yerlərinin qorunması” ilə əsaslandırsa da, əslində vəziyyət kəskinləşib: Lada satışları 25% azalıb, illik istehsal planı isə nəzərdə tutulan 500 min əvəzinə cəmi 300 min avtomobil səviyyəsində qalıb.
Maaşların azalması işçiləri qaçırır
İşçilərin sözlərinə görə, maaşlar ciddi şəkildə azaldılıb. Bu səbəbdən yüzlərlə əməkdaş işdən ayrılmaq üçün ərizə yazıb.
Şirkətdən ayrılmaq isə asan deyil. Ərizələr yalnız direktor tərəfindən şəxsən cümə günləri imzalanır. Həmin vaxta qədər xüsusi komissiya işçiləri fikirlərindən daşındırmağa çalışır, əlavə ödənişlər vəd edilir. Lakin əməkdaşlar bu təkliflərə inanmır: “Möcüzə olmur”, – deyə bildirirlər.
Rəhbərlik böhranı inkar edir
“AvtoVAZ” rəhbərliyi baş verənləri “adi kadr dəyişikliyi” kimi qələmə verir və böhranı etiraf etmir. Amma reallıq kütləvi istefalar, satışların azalması və yerinə yetirilməyən planlarla tamam başqa mənzərə ortaya qoyur.
Musavat.com
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ