Onlayn ictimai-siyasi qəzet
"Adnan Əhmədzadə Rusiyanın sanksiyalaşmış neft ticarəti ilə yanaşı, çirkli pulların yuyulmasında da iştirak edib".
Bu fakt Musavat.com-un bu gün təqdim etdiyi analitik məqalədə yer alıb.
Məqalədə qeyd olunur:
"Bir məqamı da xüsusilə nəzərə alaq ki, Malta və Kipr Qərbin sanksiyalarından sonra rus neftini daşıyan şirkətlərin və treyderlərin əsas hüquqi ünvanlarından biri kimi yer alır və qaçaq neft daşıyan tankerlərin böyük bir qismi Malta bayrağı altında üzür. Bu arqumentlər də Əhmədzadənin arxasında dayanan qüvvələrin və sxemin genişistiqamətli olmasını şərtləndirir.
1-ci iş. Albaniya polisi Adnan Əhmədzadənin şirkətinin Rusiya neftini satanda həbs edib
Bu ölkənin tanınmış albanianpost saytı 24.02.2022-ci il tarixində “Alkagest” Albaniya bazarına daxil olur” adlı xəbər paylaşır. Sayt gözlənilmədən bu xəbəri 28 avqust 2025-ci il tarixində səhifəsindən silir. Həmin məqaləni yalnız arxiv saytlarından bərpa etmək mümkün olur.
Məqalədə deyilir ki, “Alkagesta” Albaniyanın enerji bazarının rəsmi təchizatçısı kimi fəaliyyətə başladığını elan edib və bildirib ki, bu addım Albaniyanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verəcək.
“Alkagesta” Porto Romano Azad Ticarət Zonası vasitəsilə Aİ-dən Albaniyaya ilk dizel yanacağının göndərilməsini də elan edib.
Şirkətdən bildirilib ki, 22,5 min ton dizel yanacağı daşıyan “Grace Felix” tankeri Durres limanına gəlib və Albaniyanın daxili bazarını dizel yanacağı ilə təmin edir.
Halbuki, 22 fevral 2023-cü il tarixində reuters Albaniya hüquq-mühafizə orqanlarının Rusiyadan gəldiyi ehtimal edilən 22 500 ton xam neft qaçaqmalçılığının qarşısını aldığı barədə xəbər yayıb.
Bildirilir ki, 2023-cü ilin fevralında Albaniya hakimiyyəti Rusiya mənşəli olduğu güman edilən təxminən 22.500 ton xam neft daşıyan, Liberiya bayrağı altında üzən “Grace Felix” tankerini 22 ekipaj üzvü ilə birgə həbs edib.
Qeyd edilir ki, tanker yükü boşaltmaq üçün Durresə getməzdən əvvəl Yunanıstanın Kalamata şəhəri yaxınlığında “gəmidən-gəmiyə” (ship-to-ship) transfer həyata keçirib.
Gəmi heyəti yük sənədlərinin gah itirildiyini, gah da saxtalaşdırılmış sənəd verdikləri üçün şühbələri artırıblar.
Daha ətraflı aşağıdakı linkdə:
Musavat.com
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ