İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynalı gənc Polşada qəddar hücuma məruz qaldı

Polşanın Vrotslav şəhərində ukraynalı gəncə qarşı dəhşətli hücum baş verib.

Musavat.com xəbər verir ki, 23 yaşlı ukraynalı sosial şəbəkədə 16 yaşlı qızın adından aldatılaraq görüşə çağırılıb. Gənc görüş yerinə gələn kimi bir qrup yeniyetmə tərəfindən qəddarcasına döyülüb. Onlar əvvəlcə zərərçəkəni təhqir edib, daha sonra saçlarını qırxaraq üzünə nasist simvolikası çəkiblər. Hadisənin bütün gedişi mobil telefon kamerası ilə qeydə alınıb. 

Hazırda polis insidentin bütün iştirakçılarını müəyyənləşdirir. Hücumun milli nifrət zəminində baş verib-vermədiyi araşdırılır.

Hadisə Polşada miqrantlara, xüsusilə də ukraynalılara münasibətlə bağlı geniş ictimai müzakirələrə səbəb olub. Ekspertlər bu hadisəni cəmiyyətdə artan radikal meyillərin təhlükəli göstəricisi kimi qiymətləndirirlər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR