Onlayn ictimai-siyasi qəzet
"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində altıncı pillədə qərarlaşıb.
"Report"un məlumatına görə, bu, II turun oyunlarının nəticəsinə əsasən müəyyənləşib.
Azərbaycan çempionu ilə yanaşı, Almaniyanın "Bavariya", İspaniyanın "Real", Fransanın PSJ, İtaliyanın "İnter" və İngiltərənin "Arsenal" komandasının da altı xalı var.
Qeyd edək ki, II turda Bakıda Danimarkanın "Kopenhagen" kollektivini məğlub edən (2:0) "köhlən atlar" I turda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə üstələyib.
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ