İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ silahlarını İrana satanlara qarşı sanksiya tətbiq olundu

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) ABŞ silahlarının İrana qeyri-qanuni satışında iştirak edən 17 fiziki şəxs və 21 quruma qarşı sanksiya tətbiq edib. Musavat.com nazirliyin İnternet saytında yerləşdirilən məlumata əsasən xəbər verir ki, həmin şəxslər və qurumlar İran Müdafiə Nazirliyi tərəfindən “həssas əşyaların və texnologiyanın əldə edilməsinə, o cümlədən qabaqcıl yer-hava raket sistemləri üçün texnologiyanın alınması və ABŞ istehsalı helikopterin qeyri-qanuni alınmasına şərait yaradıblar".

OFAC bu qərarları ABŞ Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqat Bürosu ilə sıx koordinasiyada qəbul edib.

Bundan əlavə, OFAC reyestrinə yerləşdirmələri ilə eyni vaxtda beş İran vətəndaşı Dövlət Departamenti tərəfindən “İranın kütləvi qırğın silahlarının yayılmasına maddi yardım edən və ya maddi cəhətdən asanlaşdıran risk yaradan fəaliyyətlərdə iştirak etdiklərinə görə” sanksiyaya məruz qalıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2025

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR