Onlayn ictimai-siyasi qəzet
Osmaniyədə universitetdə tibb bacılığı fakültəsinin son kurs tələbəsi, 22 yaşlı Kasım Bulqan, qaldığı KYK kişi tələbə yataqxanasında isti suyun olmaması səbəbilə soyuq duş qəbul etdikdən sonra infarkt keçirərək dünyasını dəyişib.
Hadisə sentyabrın 27-də səhər saatlarında baş verib.
Eğitim-İş Birliyinin Osmaniye şöbəsinin sədri tələbənin vəziyyətinin ağırlaşdığını, otaq yoldaşlarının göstərdiyi ilk yardıma baxmayaraq onu xilas etməyin mümkün olmadığını bildirib:
"Kasım Bulqan xəstəxanaya aparılarkən həyatını itirib. Təəssüf ki, təcili yardım komandası da tələbələrdən yardım istəmək məcburiyyətində qaldı. Bu, ölkədə təcili tibbi yardım xidmətlərinin qeyri-adekvatlığını göstərir" ./Milli.az/
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ