Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ştatlar Qətərə qarşı istənilən hücumu öz təhlükəsizliyinə təhdid hesab edəcək və onu müdafiə etmək üçün bütün lazımi tədbirləri, o cümlədən hərbi tədbirləri görəcək. Musavat.com xəbər verir ki, bu, ABŞ prezidenti Donald Trampın Ağ Evin saytında dərc edilmiş sərəncamında yer alıb.
Sənəddə bildirilir ki, “Qətərin ərazisinə, suverenliyinə və ya kritik infrastrukturuna hər hansı silahlı hücum ABŞ-ın sülh və təhlükəsizliyinə təhdid hesab olunacaq”.
Sentyabrın 29-da imzalanaraq oktyabrın 1-də açıqlanan sərəncamda həmçinin qeyd olunur: “Belə bir hücum olacağı təqdirdə Birləşmiş Ştatlar Birləşmiş Ştatların və Qətərin maraqlarını qorumaq, sülh və sabitliyi bərpa etmək üçün diplomatik, iqtisadi və lazım gələrsə, hərbi də daxil olmaqla, bütün qanuni və müvafiq tədbirləri görəcək”.
Sənəddə vurğulanır ki, ABŞ Müdafiə naziri dövlət katibi və Milli Kəşfiyyat direktoru ilə əməkdaşlıq edərək, Qətərli həmkarları ilə “istənilən xarici təcavüzə cavab tədbirlərini əlaqələndirmək” üçün “birgə planlaşdırma” aparmalıdır. Sərəncamda həmçinin qeyd olunur ki, ABŞ dövlət katibi Qətərin "diplomatiya və vasitəçilik sahəsində görkəmli təcrübəsini" tanıyaraq, münaqişələrin həlli üçün onunla əlaqələri davam etdirəcək.
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari daha əvvəl bildirmişdi ki, Dohada HƏMAS-ın iqamətgahına edilən son hücumdan sonra Qətər ABŞ-dan İsrailin bu ölkəyə hücumlarının bir daha təkrarlanmayacağına dair zəmanət alıb.
Musavat.com
02 Oktyabr 2025
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ