İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya Şəhərsalma Forumu ilə bağlı AÇIQLAMA

Gələn ilin may ayında Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunda iqlim dəyişikliyinə həsr olunmuş mövzu da müzakirə ediləcək.

Musavat.com xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsində (BCAW2025) çərçivəsində jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, forumda evlə, mənzillə təminat problemi əsas mövzu olacaq:

"Hazırda 3 milyarda yaxın insan layiq olduğu ev, mənzil şəraiti ilə təmin olunmayıb. Ona görə də hər kəsə layiqli yaşayış yeri təyin etmək əsas ana xətt olacaq. Amma yenə də şəhərlərdə, yaşayış məntəqələrində mənzil, qeyri-yaşayış tikintisini apararaq biz həmçinin iqlimə təsir barədə düşünməliyik".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR