İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan atom reaktoru almağa hazırlaşır

Ermənistan hökuməti kiçik modullu atom reaktoru almaq barədə qərar qəbul edib və bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır.

Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, hökumət bu məsələ ilə bağlı Rusiya, ABŞ, Çin və Cənubi Koreya ilə danışıqlar aparır.

“Biz Rusiya, ABŞ, Çin və Cənubi Koreya ilə danışıqlar aparırıq. Qərar bir il və ya iki il ərzində qəbul edilməlidir. Biz kim daha münasib qiymət və təhlükəsiz texnologiya təklif edəcəksə, ondan alacağıq. Burada geosiyasət yoxdur, onu axtarmayın”, – deyə Paşinyan vurğulayıb.

Musavat.com xəbər verir ki, Ermənistan hökumətinin bu addımı ölkənin enerji təhlükəsizliyini artırmaq məqsədi daşıyır. Yeni modullu reaktorun alınması hazırda fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyasının gələcəkdə istismardan çıxarılması ehtimalı ilə də əlaqələndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR