İnsanlara hürriyət, millətlərə istiqlal!

Qalmaqal bitdi: Şahbaz Xuduoğlu və Nigar Köçərliyə Bakıdakı sərgidə yer verildi

“Qanun” nəşriyyatının və “Əli və Nino” satış şəbəkəsinin XI Bakı Beynəlxalq Kitab Sərgisindəki fəaliyyəti bərpa olundu.

Bu barədə Musavat.com-a nəşriyyatın direktoru Şahbaz Xuduoğlu məlumat verib. Onun sözlərinə görə, təşkilatçılarla ortaq məxrəcə gəlinib və satış üçün yerlər ayrılıb:

“Arzuladığımız kimi olmasa da, bizim üçün yerlər ayrıldı və fəaliyyətimizi davam etdiririk. Nəşriyyata ayrılan yerdən “Əli və Nino”ya da yer ayırdıq ki, satışı həyata keçirə bilsinlər. Sərgi pozulmasın deyə həm biz yerimizdən qənaət etdik, həm də qonşu stenddən yer götürdük. Bu, ürəkaçan deyil, amma çoxlu tədbirlərimiz nəzərdə tutulub, yazıçıların imza günü var, xaricdən yazıçı dəvət etmişik. İstəmədik ki, bütün bunlar pozulsun”.

Qeyd edək ki, bundan öncə Ş. Xuduoğlu saytımıza açıqlamasında bildirmişdi ki, “Qanun” nəşriyyatı və “Əli və Nino” kitab şəbəkəsi bu gün açılışı keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak etməyəcək. O, təşkilatçıların sərgi salonunda həm nəşriyyata, həm də “Əli və Nino” satış şəbəkəsinə satış yeri ayırmadığını və buna görə də iştirak edə bilmədiklərini demişdi.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR