İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: “Ermənistan 2022-ci ildə həqiqətən müstəqil oldu”

“2022-ci ildə biz anladıq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz öhdəliklərini bizim qarşımızda yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək. Məhz həmin an biz həqiqətən müstəqil olduq. Çünki başa düşdük ki, artıq yalnız özümüzə güvənə bilərik.”


Musavat.com xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı səsləndirib.

Paşinyan əlavə edib ki, indiyədək qurulduğu iddia edilən təhlükəsizlik sistemi əslində “boş bir köpük” imiş:

“Biz anladıq ki, siz guya qurduğunuz təhlükəsizlik sistemi sadəcə bir illüziya idi. O, heç nə idi, sadəcə bizim dövlətçiliyimizin formalaşmasının qarşısını almaq üçün istifadə olunan bir alət idi.”

Baş nazir bu sözləri müxalif “Ermənistan” fraksiyasının deputatı Armen Xaçatryana cavab olaraq deyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR