Onlayn ictimai-siyasi qəzet
Ermənistan Respublikası Partiyasının (RPA) sədr (Serj Sərkisyandır-red.) müavini, revanşist siyasətçi Armen Aşotyan Strasburqda baş nazir Nikol Paşinyanı və onun komandasını sərt ifadələrlə hədəfə alıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkələrdə yayımladığı paylaşımında məlumat yayıb.
Aşotyanın sözlərinə görə hakim “Vətəndaş sazişi” fraksiyasının nümayəndəsi Serj Sərkisyanın partiyasına və şəxsən onun ünvanına istehza ilə çıxış edib. Buna cavab olaraq o, Paşinyana müraciətlə bildirib:
“Bir nəfər partiya tribunasında mənimlə bağlı ironiyaya yol verdi. Nicol, anla ki, nə sən, nə komandan, nə də sizin siyasi mədəniyyətiniz minimal siyasi diskurs səviyyəsini belə saxlamağa qadir deyil. Siz – ucuz, boş və acınacaqlısınız”.
Aşotyan həmçinin 2015-ci ilin hadisələrini xatırladaraq vurğulayıb ki, həmin dövrdə “məğlubiyyət aləti” elə Paşinyanın özü olub. O, yerli hakimiyyətin siyasətini “xalqı alçaldan xətt” adlandırıb.
Revanşist mövqeyi ilə tanınan Aşotyan paylaşımının sonunda Paşinyana xəbərdarlıq edərək, səfərdən qayıtdıqdan sonra məsələni davam etdirəcəyini bildirib.
Musavat.com
01 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ