İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qaçqınkom”dan qazanxanada yaşayan keçmiş məcburi köçkünlərlə bağlı AÇIQLAMA

Ötən gün Nizami rayonunda, “Azəristiliktəchizat” ASC-nin 4 saylı İstilik Sistemləri İstismar Sahəsinin ərazisində yerləşən 66 saylı qazanxananın həyətində yaşayan keçmiş məcburi köçkünlərin köçürülməsi ilə bağlı yazmışdıq.

Musavat.com-a müraciət edən sakinlərin sözlərinə görə, Zəngilan və Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə gələrək onlara evlərini tərk etməli, Ucar və Goronboy rayonlarına köçməli olduqlarını bildiriblər.

Məlumata görə, qazanxananın həyətyanı və daxili ərazisində ümumilikdə 36 ev yerləşir — bu evlərə sakinlər 1990-cı illərin çətin dövründə, köçkün düşəndən sonra məcburi şəkildə yerləşiblər. Ən çox Zəngilan rayonundan olanlar yaşayır; Füzuli, Kəlbəcər və Cəbrayıl köçkünləri də var. Sakinlər deyirlər ki, 30 ildən artıqdır ki, burada məskunlaşıblar və evlərini özləri tikiblər. Onların sözlərinə görə, icra nümayəndələrinin rəsmi izahı qazanxananın qəzalı vəziyyətində olmasıdır. Sakinlərin ən böyük narahatlığı onların Bakıdakı məşğulluğu və uşaqlarının məhz paytaxtda təhsil almasıdır. Onlar Ucar və Goronboya deyil, Qarabağa-öz evlərinə köçmək istəyirlər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Musavat.com-a bildirilib ki, komitə Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında “Azəristiliktəchizat” ASC-nin ərazisində yerləşən 66 saylı qazanxanada və həyətindəki fərdi yaşayış evlərində yaşayan keçmiş məcburi köçkünlərin vəziyyət ilə bağlı məlumatlıdır.

“ “Azəristiliktəchizat” ASC-nin Nazirlər Kabinetinə müraciətinə əsasən Bakı şəhəri ərazisində yerləşən strateji əhəmiyyətli qazanxanalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulmuşdur.

Dövlət Komitəsi də öz növbəsində bu qazanxanalarda yaşayan keçmiş məcburi köçkün ailələrə, adıçəkilən ünvanda yaşayan ailələr də daxil olmaqla onların say tərkibinə uyğun olaraq, digər rayonlarda boş mənzil fondundan fərdi yaşayış evləri təklif olunub. Lakin ailələr, həmin evlərə köçməkdən imtina ediblər.

Onu da qeyd edək ki, keçmiş məcburi köçkünlər üçün mənzillər yalnız işğaldan azad edilmiş ərazilərdə tikilir. İşğaldan azad olunmuş ərazilərin bərpa-tikinti qrafikinə uyğun olaraq mərhələli formada inşa edilən evlərə ailələrin köçürülməsi zamanı, adıçəkilən yataqxanada müvəqqəti məskunlaşmış keçmiş məcbur ailələrin də köçürülməsinə qanunauyğun formada baxılacaq”, -deyə komitədən bildirilib.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR