İnsanlara hürriyət, millətlərə istiqlal!

Amal Kluniyə ABŞ-a giriş yasaqlanıb – Britaniya XİN-dən xəbərdarlıq

Britaniyalı vəkil, məşhur amerikalı aktyor Corc Kluninin həyat yoldaşı Amal Kluninin ABŞ-a girişi yasaqlana bilər.

Musavat.com “Mirror”a istinadən xəbər verir ki, buna səbəb onun ABŞ prezidenti Donald Trampın Beynəlxalq Cinayət Məhkəməsinə(ICC) qarşı sanksiyaların təsir dairəsinə düşməsi ehtimalıdır.

Qeyd edək ki, Amal Kluni ICC-də İsrailin HƏMAS hərəkatına qarşı Qəzza zolağında keçirdiyi əməliyyatlarla bağlı prosesdə vəkil kimi iştirak edib. O, HƏMAS və Fələstinin mövqeyini müdafiə edib.

Nəşrin məlumatına görə, Kluni Britaniya Xarici İşlər Nazirliyindən onun ICC işində iştirakının mümkün nəticələri ilə bağlı özəl xəbərdarlıq alıb. Xüsusilə ona xəbərdarlıq edilib ki, o, prezident Donald Trampın sərəncamı ilə ABŞ-ın tətbiq etdiyi sanksiyalara məruz qala bilər.

Onu da bildirək ki, əslən Livandan olan Amal Kluni qondarma erməni soyqırımı iddialarını beynəlxalq məhkəmələrə daşıyan şəxslərdən biridir. Hazırda onun Azərbaycana qarşı Ermənistan tərəfindən qaldırılan əsassız iddialarda da vəkil kimi iştirak etdiyi bildirilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR