Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Donald Trampın rüsum qərarına qarşı 72 milyard avro (84 milyard dollar) dəyərində Amerika mallarına cavab rüsumlarının ikinci siyahısını təsdiqləyib.
Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, siyahıya Aİ "Boeing Co." təyyarələri, avtomobillər və burbon da daxil edilib.
"Bloomberg"in məlumatına görə, əlavə rüsumlar maşınqayırma məhsulları, kimya və plastik məhsullar, tibbi cihazlar, elektrik avadanlıqları, şərab və kənd təsərrüfatı məhsullarına da tətbiq olunacaq.
Agentlik qeyd edir ki, siyahı ilkin olaraq cəmi 95 milyard avro dəyərində Amerika mallarına aid idi, lakin şirkətlər və Aİ-yə üzv dövlətlərlə məsləhətləşmələrdən sonra azaldılıb.
Bundan əvvəl prezident Donald Tramp avqustun 1-dən ABŞ-ın "Aİ ilə mövcud olan ticarət kəsirini aradan qaldırmaq" üçün Avropa İttifaqı ölkələrindən gələn mallara 30 faiz rüsum tətbiq edəcəyini açıqlamışdı.
Brüssel Vaşinqtonla bu rüsumlardan yayınmağa imkan verəcək ticarət sazişini müzakirə etməyə hazır olduğunu bildirib.
Keçən həftəsonu Brüssel təxminən 21 milyard avro dəyərində olan Amerika mallarının birinci siyahısı üzrə əlavə tariflərin tətbiqini avqustun 1-dək təxirə salmaq niyyətində olduğunu açıqlayıb.
Eyni zamanda, Aİ Trampın avqust ayında rüsumları tətbiq edəcəyi variantına cavab tədbirləri hazırlamağa davam etmək niyyətindədir.
Musavat.com
15 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ