İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avropa rəsmiləri və Kiyev dünyanı müharibəyə aparır” - Volodin

“Avropa rəsmiləri və onların Ukraynadakı marionetləri ABŞ-ın yardım etdiyi danışıqları pozmağa çalışır və bununla da dünyanı müharibəyə sürükləyirlər”. Bu fikirləri Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukrayna ordusuna məxsus pilotsuz təyyarələrin və raketlərin Rusiya şəhərlərinə hücumlarını şərh edərkən deyib.

"Bu, hamıya aydındır: onlar dünyanı müharibəyə aparırlar", - Volodin Telegram kanalında yerləşdirdiyi videoda qeyd edib.

Onun sözlərinə görə, Avropa dövlətlərinin parlamentləri “bunu anlamalı və öz hərəkətlərinə sərt qiymət verməlidirlər. Onlar bunu nə qədər tez etsələr, bir o qədər yaxşıdır”, - deyən Volodin Rusiyanın sülh yolu ilə nizamlanma və dialoq yolu ilə getdiyini vurğulayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR