İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə möhtəşəm Özcan Dəniz gecəsi - VİDEO/FOTOLAR

Eyyub Hüseynzadənin təşkilatçılığı ilə Özcan Deniz Bakıda unudulmaz konsert proqramı ilə çıxış edib.

Musavat.com xəbər verir ki, musiqisevərlərin böyük marağına səbəb olan möhtəşəm gecə boyunca Özcan Dəniz repertuarının ən sevilən və dillər əzbərinə çevrilən hit mahnılarını səsləndirərək tamaşaçılara unudulmaz anlar yaşadıb. Bütün mahnılarını canlı ifa edən sənətçi səmimi davranışı və səhnə enerjisi ilə dinləyiciləri coşdurub. Hər ifadan sonra izləyicilərin gurultulu alqışları zalı bürüyüb.

Sevilən müğənni Bakı tamaşaçıları üçün yeni mahnısı olan “Arabesk”i də söyləyib.

Ara-sıra tamaşaçılarla səmimi ünsiyyət quran ulduz qonaq tezliklə yenidən paytaxt Bakıya konsert proqramı ilə gələcəyini də bildirib: “Mənim üçün Bakı səhnəsində çıxış etmək çox xüsusi bir duyğudur. Buradakı tamaşaçıların sevgisi, enerjisi və səmimiyyəti məni dərindən təsirləndirdi. Bu gecə yaddaşımda qalacaq və çox tezliklə yenidən görüşəcəyik”.

Konsertin sonunda tamaşaçılar sənətçini ayaqüstə alqışlayaraq, uzun müddət səhnəni tərk etməsinə imkan vermədilər. Gecə musiqi, sevgi və səmimiyyət dolu ab-hava ilə yadda qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR