İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt rus dilində ən uzun sözü müəyyən etdi

Pușkin adına institut süni intellektin köməyi ilə rus dilindəki ən uzun sözü müəyyən edib.

Musavat.com xəbər verir ki, bu, kimyəvi mənşəli sifət olan “tetrahidropiranilsiklopentiltetrahidropiridopiridinovıye”dir.

Söz 55 hərfdən ibarətdir.

Bu termin 2006-cı ildə verilmiş bir ixtira patentində yer alır və bir neçə strukturdan - piridin (azot atomu olan birləşmə) və siklopentil (beşkarbonlu halqa) komponentlərindən ibarət olan molekulu təsvir edir.

Alimlər müəyyən ediblər ki, xaricilər üçün tələffüz baxımından ən çətin rus sözləri “vıxuxol” (su samuruna bənzər heyvan) və “insanlıq nifrəti” mənasını verən “çelovekonenavistniçestvo” sözləridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR