İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada şirkətlərin üçdə biri ixtisarlar planlaşdırır

Almaniyada fəaliyyət göstərən şirkətlərin əhəmiyyətli hissəsi gələn ildən etibarən işçi sayını azaltmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, Spiegel nəşri Almaniya İqtisadiyyat İnstitutunun (IW) sorğusuna istinadla yazır: şirkətlərin üçdə biri (təxminən 34 faiz) 2026-cı ildə ixtisar həyata keçirməyi nəzərdə tutur. Yalnız 18 faiz şirkət isə yeni işçilər cəlb etməyi planlaşdırır.

Ən ağır vəziyyət sənaye sektorundadır — bu sahədəki müəssisələrin 41 faizi iş yerlərini azaltmağa hazırlaşır, yalnız hər yeddinci şirkət kadr sayını artırmaq imkanını nəzərdən keçirir.

İnvestisiya fəaliyyəti də zəifləyib: respondent şirkətlərin 33 faizi yeni layihələrə sərmayə yatırmaq niyyətində deyil.

Ekspertlər qeyd edirlər ki, Almaniya iqtisadiyyatında yaxın perspektivdə dönüş əlamətləri görünmür. Baxmayaraq ki, Ifo biznes etimadı indeksində son həftələrdə cüzi artım qeydə alınıb, biznes mühiti ümumilikdə “qəmgin və ehtiyatlı” olaraq qalır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR