Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Röya Ayxan Bakı Konqres Mərkəzində keçirilən konsertlərinə böyük maraq olduğuna görə konsert gününün sayını artırıb.
Musavat.com xəbər verir ki, biletlərin qısa zamanda tükənməsini və tamaşaçı istəyini nəzərə alan sənətçi növbəti dəfə 9 noyabrda eyni səhnədə çıxış edəcək.
Yeni konsert proqramında sənətçinin məşhur hitləri ilə yanaşı, yeni ifalar və səhnə sürprizləri də təqdim olunacaq.
Qeyd edək ki, Xalq artisti 31 oktyabr və 1 noyabr tarixlərində Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. O, noyabrın 7-də Bakı Konqres Mərkəzində növbəti konsertini verməyə hazırlaşır.
Könül
Musavat.com
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ