İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna dronları uçdu, Qərb milyard qazandı

Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi dron zərbələri və Qərbin sərtləşən sanksiyaları Rusiyanın rəqiblərinə böyük mənfəət gətirib.

Musavat.com xəbər verir ki, Qərbin dörd ən iri neft şirkətinin emal əməliyyatlarından əldə etdiyi mənfəət 2025-ci ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 61 faiz artıb və bu artım onların ümumi mənfəətinin 20 faiz yüksəlməsinə səbəb olub.

İyuldan bəri Rusiya neft emalı zavodları və ixrac terminalları üzərinə fasiləsiz pilotsuz hücumlar nəticəsində sentyabrda ölkənin gündəlik neft məhsulu ixracı ilin əvvəlindəki maksimum səviyyədən 500 min barel azalıb. Bununla Rusiya xaricə tankerlərlə cəmi 2 milyon barel neft məhsulu göndərə bilib — bu, təkcə müharibə dövrünün deyil, həm də pandemiyanın başlanğıcından bəri ən aşağı göstəricidir (Kpler məlumatına görə).

Bu vəziyyət Exxon Mobil, Chevron, Shell və TotalEnergies kimi Qərb nəhənglərinin mənfəət marjını kəskin şəkildə artırıb. Bu dörd şirkət birlikdə dünya üzrə neft məhsullarının 10 faizindən çoxunu – gündəlik 11 milyon barel istehsal edir.

Məsələn, Exxon Mobil-in enerji məhsulları üzrə bölməsinin mənfəəti rüblük müqayisədə 30 faizdən çox artaraq 1,84 milyard dollara çatıb. Şirkət bunu “qlobal bazarda təklifin azalması” ilə izah edib.

Oxşar vəziyyət BP şirkətində də müşahidə olunur. Ukrayna müharibəsinin başlanmasından sonra “Rosneft”dəki 20 faizlik payından imtina edən BP indi sanksiyaların yaratdığı bazar boşluğundan əlavə gəlir qazanır. Şirkətin mənfəət marjası ikinci rüblə müqayisədə 33 faiz yüksəlib və hazırda da yüksək səviyyədə qalır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Noyabr 2025

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR