İnsanlara hürriyət, millətlərə istiqlal!

Mazda Rusiyadakı aktivlərini geri ala bilməyəcək

Yaponiyanın Mazda avtomobil konserni Rusiyadakı aktivlərini geri almaq hüququnu itirib.

Musavat.com xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, şirkət 2022-ci ildə Vladivostokdakı “Sollers” qrupuna məxsus birgə müəssisədəki payını cəmi 1 avroya satmışdı. Müqaviləyə əsasən, Mazda üç il ərzində həmin aktivləri geri almaq hüququna malik idi.

Lakin bu ilin oktyabr ayında geri alış müddətinin bitməsi ilə şirkət artıq bu imkandan istifadə edə bilməyəcək.

Beləliklə, Mazda-nın Rusiyadakı istehsal aktivləri tam şəkildə “Sollers”in nəzarətində qalır. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR