İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bəyan etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsseldə keçirilən konfransda çıxışı zamanı bildirib ki, Ermənistan Türkiyə ilə sərhədlərin açılması üçün bütün hazırlıqları başa çatdırıb.

Musavat.com xəbər verir ki, Qriqoryanın sözlərinə görə, Ermənistan hökuməti bölgədə sabitliyin təmin olunması və iqtisadi əlaqələrin bərpası məqsədilə sülh prosesinin institusionallaşdırılmasını və Türkiyə ilə münasibətlərin normallaşmasını əsas prioritetlərdən biri hesab edir.

O qeyd edib ki, sərhədlərin açılması regionda nəqliyyat və ticarət əlaqələrinin genişlənməsinə, həmçinin Ermənistanın iqtisadi inkişafına ciddi töhfə verə bilər.

Hazırda iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr formatında danışıqlar davam edir, lakin sərhədlərin açılması üçün konkret tarix hələlik açıqlanmayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Noyabr 2025

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR