İnsanlara hürriyət, millətlərə istiqlal!

Göygöldə avtomobil qəzası olub, ölən və xəsarət alanlar var

Göygöldə avtomobil qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobilin qəzaya uğraması nəticəsində rayonun Qızılca kənd sakinləri; - 2008-ci il təvəllüdlü Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəsarət alıblar.

Qəza zamanı ağır xəsarət alan daha iki nəfər - 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin (soyadı dəqiqləşdirilir) hadisə yerində ölüblər.

Qeyd edək ki, avtomobil idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

***

Göygöl rayonunda avtomobil qəzası olub.

"Report"un Qərb bürosunun məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili yardım maşını və yol polisi əməkdaşları cəlb olunub.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR