Onlayn ictimai-siyasi qəzet
Kiyevin Obolon rayonundakı “Natalka” parkında vəhşi qaban müşahidə edilib.
Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı yerli sakinlər sosial şəbəkələrdə paylaşıblar. Görüntülərdə heyvanın park ərazisində sərbəst gəzdiyi əks olunub.
Şəhər ekologiya idarəsinin əməkdaşları əraziyə cəlb olunub. Onların sözlərinə görə, qabanın meşəlik ərazilərdən şəhər ətrafına gəlməsi ehtimal olunur.
Hazırda parkda təhlükəsizlik məqsədilə əlavə nəzarət tədbirləri görülür, sakinlərə isə heyvana yaxınlaşmamaq tövsiyə olunub.
Musavat.com
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ