Onlayn ictimai-siyasi qəzet
Serbiya Prezidenti Aleksandr Vuçiç Avropa İttifaqına ölkəsində istehsal olunan sursatların alınması barədə uzunmüddətli müqavilə bağlamağı təklif edib.
Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı “Gordon.ua” portalına açıqlama verib. Vuçiçin sözlərinə görə, Serbiya anbarlarında kifayət qədər sursat ehtiyatı var və ölkə “daha çox istehsal edir”, xüsusilə minomyot mərmiləri istehsal sahəsində ciddi artım müşahidə olunur.
Vuçiç qeyd edib ki, Serbiya hazırda Fransadan daha çox sursat istehsal edir, buna görə də Avropa ölkələri üçün etibarlı təchizat mənbəyi ola bilər: “Bizim anbarlarımız doludur, istehsal isə davam edir. Uzunmüddətli müqavilə bağlansın, alıcılar aldıqları sursatdan istədikləri kimi istifadə edə bilərlər”.
Musavat.com
03 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ