İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan ən ağır hərbi rabitə peykini kosmosa çıxardı

Hindistan 4.4 tonluq GSAT-7R rabitə peykini geostasionar orbitə çıxararaq ölkənin Hind okeanındakı imkanlarını gücləndirib.

Oxu.Az xəbər verir ki, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) ölkənin Hərbi Dəniz Qüvvələri üçün ən ağır rabitə peykini uğurla kosmosa buraxıb. Peyk LVM3 raket daşıyıcısı vasitəsi ilə geostasionar orbitə çıxarılıb.

Hindistan Müdafiə Nazirliyinin məlumatına görə, peykin rabitə sistemi gəmilər, təyyarələr, sualtı qayıqlar və Hərbi Dəniz Qüvvələrinin dəniz əməliyyat mərkəzləri arasında etibarlı əlaqəni təmin edəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Noyabr 2025

02 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR