İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan 12 xalı bu ölkəyə verdi - VİDEO

"Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin hazırda davam edən finalında ölkələr səsvermənin nəticələrini açıqlayıblar. 

Azərbaycandan olan səsverməni "Avroviziya 2010" təmsilçimiz Safurə Əliyeva təqdim edib. 

Azərbaycan 12 xalı İsrailə verib.

Digər sıralama isə belədir:

- 10 xal - İtaliya 

- 8 xal - Ukrayna 

- 7 xal - Estoniya 

- 6 xal - Partuqaliya

- 5 xal - İspaniya

- 4 xal - Polşa

- 3 xal - Niderland

- 2 xal - Almaniya

- 1 xal - İsveçrə

Hazırda 26 ölkə təmsilçisi qalibiyyət uğrunda mübarizə aparır. 

Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.

Onu da qeyd edək ki, 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci "Avroviziya" mahnı müsabiqəsində Safurə Əliyeva 145 xalla 5-ci yeri tutmuşdu.

(Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

BÜTÜN XƏBƏRLƏR