İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan və Ermənistan qonşuluq münasibətlərinin qurulmasına başlayır

8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşün nəticələrinə dair birgə bəyannamə imzalayıblar.

Musavat.com xəbər verir ki, sənəddə BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan, parlaq gələcəyə doğru addımlamağın vacibliyi vurğulanır. Münaqişənin səbəb olduğu dərin insan iztirablarından sonra beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməzliyi əsasında iki ölkə arasında qonşuluq münasibətlərinin qurulması üçün şəraitin formalaşdığı qeyd edilir.

Bəyannamədə bildirilib ki, bu reallıq heç vaxt təftiş mövzusu olmayacaq və dövlətlər arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açacaq. Tərəflər həm indi, həm də gələcəkdə hər hansı qisas cəhdini qətiyyətlə rədd etdiklərini bəyan ediblər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR